31-07-2026, 21:48 61

Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Qırğızıstan xəbər agentlikləri, televiziya kanalları, qəzetlər və onlayn nəşrlər Azərbaycan dövlətinin liderinin gəlişi, rəsmi qarşılanma mərasimi, prezidentlər İlham Əliyev və Sadır Japarov arasında keçirilən danışıqlar, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat veriblər.

Media Prezident İlham Əliyevin Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlı bəyanatına, Qırğızıstanın sosial-iqtisadi uğurlarını yüksək qiymətləndirməsinə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi və geoiqtisadi bölgəyə çevrilməsi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirib.

Qırğız mətbuatı hələ dövlət səfərindən əvvəl bu barədə məlumatlar verməyə başlamışdı.

"Veçerniy Bişkek" qəzeti bildirib ki, səfər proqramında dövlət başçıları arasında təkbətək danışıqlar və Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

"Kabar" xəbər agentliyi, dövlətə məxsus "Erkin-Too" qəzeti, "UTRK", "ELTR" televiziya kanalı, eləcə də "Kaktus.media", "24.kg", "Super.kg" və "IM.kg" saytları Prezident İlham Əliyevin iyulun 30-da "İssık-Kul" Beynəlxalq Hava Limanına gəlişi barədə məlumat yayıblar.

"Kabar" xəbər agentliyi Azərbaycan Prezidentini Qırğızıstan Prezidenti Sadir Japarovun qarşıladığını bildirib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, fəxri qarovul dəstəsi qırmızı xalça boyunca düzülüb.

Qırğızıstan mediası Çolpon-Atadakı "Rux-Ordo" Mədəniyyət Mərkəzində keçirilən rəsmi qarşılanma mərasimini də ətraflı işıqlandırıb.

"Kaktus.media" Prezident İlham Əliyevin hərbçilərə salamını başlığa çıxarıb: "Salam, əsgər!"

Nəşrlərdə əsas mövzulardan biri Prezident İlham Əliyevin Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik əməkdaşlığı səviyyəsinə qaldırılması barədə bəyanatı olub.

"AKIpress" xəbər agentliyi Azərbaycan dövlətinin başçısının sözlərini başlığa çıxarıb: "Dünyada bundan yüksək səviyyə mövcud deyil".

Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik əməkdaşlığı səviyyəsinə keçməsi mövzusu "Open.kg", "Sputnik Kırqızıstan" və "24.kg"nin başlıqlarında da öz əksini tapıb.

"Kabar" Xəbər Agentliyi, "Economist.kg" və "IM.kg" prezidentlər İlham Əliyev və Sadir Japarov arasında aparılan danışıqlar barədə ətraflı məlumat verib. Bildirilib ki, tərəflər iqtisadi, investisiya, nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Yerli media Prezident İlham Əliyevin Qırğızıstanın nailiyyətləri ilə bağlı fikirlərinə xüsusi diqqət yetiriblər. Nəşrlərdə deyilir ki, Azərbaycan lideri ölkənin sosial-iqtisadi inkişafda əhəmiyyətli irəliləyişlər əldə etdiyini, iqtisadi potensialının gücləndiyini və beynəlxalq nüfuzunun yüksəldiyini qeyd edib. Xüsusilə, "Erkin-Too" qəzeti və "Barakelde" portalı Azərbaycan liderinin Qırğızıstanın inkişafına verdiyi yüksək qiymətin yer aldığı materialları dərc ediblər.

"Kabar" informasiya agentliyi Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının ikiqat artırılması və 200 milyon dollara çatdırılması barədə razılaşma barədə məlumat yayıb. Nəşr Prezident İlham Əliyevin bu qərarın fond vasitəsilə həyata keçirilən, yeni istehsal və iş yerlərinin yaradılmasına kömək edən layihələrin səmərəliliyi ilə bağlı olduğuna dair sözlərindən sitat gətirir.

Dövlət səfərinin əsas nəticələrindən biri də Qırğızıstanla Azərbaycan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması olub.

Portal Economist.kg bildirib ki, danışıqların yekunlarına əsasən Müttəfiqlik münasibətləri haqqında Müqavilə və daha 14 sənəd imzalanıb.

İkitərəfli sənədlərin imzalanması barədə "Kabar" Agentliyi, "Slovo Kırqızıstana" qəzeti, "Tazabek", "K-News", "Govori.TV", "IM.kg", "7-ci kanal" və "UTRK" məlumat yayıblar.

Qırğızıstan mediası iki ölkənin ali dövlət mükafatlarının qarşılıqlı təqdimetmə mərasimini geniş işıqlandırıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə I dərəcəli "Manas" ordenini təqdim edib. Mükafat iki dövlət arasında strateji tərəfdaşlığın inkişafına və Azərbaycan ilə qırğız xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi mühüm töhfələrə görə verilib.

Prezident İlham Əliyev öz növbəsində Sadır Japarova Azərbaycanın ən yüksək dövlət mükafatı olan "Heydər Əliyev" ordenini təqdim edib. Mükafat Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə verilib.

Mükafatlandırma mərasimini "Erkin-Too", "AKİpress", "Kabar" Agentliyi, "Slovo Kırqızstana" qəzeti, "24.kg.", "Vesti.kg", "UTRK", "7-ci kanal", "Govori.TV", "Koom.press" və "Report.kg." işıqlandırıb.

"24.kg" və "Vesti.kg" Prezident İlham Əliyevin Qırğızıstanın Qarabağın bərpasına verdiyi töhfələr haqqında sözlərinə ayrı-ayrı məqalələr həsr ediblər. Nəşrlər Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunda inşa edilmiş Aykol Manas adına orta məktəbə xüsusi diqqət yetiriblər. Azərbaycan dövlətinin başçısı onu qardaşlığın daha bir rəmzi və iki xalqın birliyinin abidəsi adlandırıb, göstərilən köməyə görə Qırğızıstana minnətdarlığını bildirib.

"Kabar" Agentliyi və 24.kg portalı bildiriblər ki, Prezident İlham Əliyev Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.

"Kabar" Agentliyi Azərbaycan dövlət başçısının iki ölkənin beynəlxalq platformalarda bir-birini dəstəkləməsini, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ticari-iqtisadi qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişaf etdirilməsini davam etdirməsi barədə sözlərini də sitat gətirib.

Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bir geosiyasi və geoiqtisadi regiona çevrildiyi barədə bəyanatına xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Həmçinin qarşılıqlı səfərlər haqqında məlumatlar göstərilib və dövlət başçısının region ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyəti barədə sözləri sitat gətirilib.

"Economist.kg", "Vesti.kg" və "Sputnik Qırğızıstan" Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmonla birlikdə İssık-Kulda beynəlxalq dərəcəli Qolf Klubunun açılışında iştirakından danışıblar.

Nəşrlər dövlət başçılarının topa simvolik ilk zərbələr vuraraq yeni Qolf Klubunun işinə start verdiklərini yazıb. Vesti.kg onu da qeyd edib ki, prezidentlər idman-turizm kompleksinin infrastrukturu ilə tanış olublar.

Super.kg portalı dörd prezidentin İssık-Kul sahilində qeyri-rəsmi ünsiyyətini əks etdirən videomaterial dərc edib.

Qırğızıstan media orqanları Prezident İlham Əliyevin dövlət səfərini Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi təqdim edir.

Nəşrlərdə səfər çərçivəsində artıq keçirilən tədbirlərin əsas nailiyyətlərinə ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə keçməsi, sənədlər paketinin imzalanması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və iki xalq arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi aid edilir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da gücləndirilməsi mövzusu nəşrlərdə xüsusi yer alıb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR