
60 kq-da mübarizə aparan Elcan Həsənov Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında ilk görüşünə çıxıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, 1/8 final mərhələsində Vitold Pavlik (Polşa) ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:2.
Qeyd edək ki, bundan əvvəl Tunar Quliyev (71 kq) və Elgün Kərimli (92 kq) ilk görüşlərində məğlub olmuşdular.
Bundan sonra isə iki güləşçimiz - Tunar Həsənov (48 kq), İbrahim Həsənov (51 kq) xalça üzərinə çıxacaqlar.
***
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Təsəlliverici görüş
48 kq
Hüseyn Rzazadə - Amirali Faz (İran)fərdi
Təsnifat mərhələsi
71 kq
Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan)
92 kq
Elgün Kərimli - Sakşam Fnu (Hindistan)
1/8 final
45 kq
Tunar Həsənov - R.Velikov (Bolqarıstan)/Ariun Erdenetuqs (Monqolustan)
51 kq
İbrahim Həsənov - Qaurav Bahi (Kanada)/Giorgi Narimanidze (Gürcüstan)
60 kq
Elcan Həsənov - Balaj Hideq (Macarıstan)/Vitold Pavlik (Polşa)
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.