
Biləsuvar rayonunun Nərimankənd kənd sakini, şəhid anası Rəfiqə Əliyeva dünyasını dəyişib.
AVESTA.AZ xəbər verir ki, o, oğlu – Vətən uğrunda canından keçmiş gizir Pərvin Əliyevin şəhid olmasının ildönümündə vəfat edib.
Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində gizir kimi xidmətini davam etdirib.
O, 2014-cü il avqustun 1–3-də Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də doğulub boya-başa çatdığı Nərimankənd kəndində torpağa tapşırılıb.
Göstərdiyi şücaətə görə Pərvin Əliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Biləsuvar şəhərinin küçələrindən biri də onun adını daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.