
Sumqayıt Sənaye Parkında xüsusi növ faneraların istehsalı layihəsi həyata keçiriləcək.
Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə "Samvud Group" MMC-yə Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 8,2 milyon manat olan xüsusi növ faneraların istehsalı layihəsi çərçivəsində 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.