
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.