
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.
AVESTA.AZ-ə xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 25-də saat 12:00-dan avqustun 28-də saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri avqustun 28-dən gec olmayaraq irs@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- Əmək kitabçasının surəti.
Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.