24-01-2023, 11:42 676

Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək

Azərbaycanda avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “bir pəncərə” sistemi vasitəsi ilə həyata keçiriləcək.

“AVESTA.AZ” xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən xüsusi icazənin verilməsi üçün elektron xidmət təşkil ediləcək və daxil olan müraciətə aidiyyəti üzrə baxılması üçün müraciət həmin qurumlara elektron sistem üzərindən yönləndiriləcək.

Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və/və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (DİN) və mühafizə (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mikrişili bildirib ki, yeni dəyişiklik sektora üstünlük gətirəcək: “Azərbaycan regionda yeganə ölkədir ki, “İcazə” blankı olmayan və ya xarici dövlətlərlə qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə/ərazisindən daşıma həyata keçirməsinə imkan yaradır. Bu hal Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətinə mənfi təsir göstərməklə, bu sahənin inkişafına əngəl yaradır. Bu imkandan bir çox hallarda öz dövlətində beynəlxalq daşımalara buraxılmayan və aidiyyəti qurumlarından icazə ala bilməyən daşıyıcılar istifadə edir ki, bu da öz növbəsində respublikamızda təhlükəsizliklə bağlı məsələləri aktuallaşdırır.

“İcazə” blanklarının sərhəd-keçid məntəqələrində verilməsinin ləğvi Azərbaycan daşıyıcıları üçün daha dəyərli hesab edilən xarici “İcazə” blankları üçün daha əlverişli kvotanın müəyyən edilməsində Azərbaycan tərəfinin mövqeyini daha da möhkəmləndirir. Kvotadan kənar daşımaların Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilməsi onların gəlirlərinin artması, vergi daxilolmalarının çoxalması, yeni iş yerlərinin yaranması və digər müsbət hallar ilə nəticələnəcək.

Redaktə xarakterli düzəliş edilir, vergi ödəyiciləri qismində "Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər» müəyyən edilir (köhnə redaksiyada «Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər" müəyyən edilib);

Tərəfdaş dövlətlərin çoxsaylı müraciətləri nəzərə alınmaqla yol vergisi çərçivəsində «qət edilən yolun hər kilometr» üçün hesablanan məbləğ yüklə birlikdə ümumi çəkisi "38 tondan 41 tonadək" olan nəqliyyat vasitələrinə münasibətdə ləğv edilir;

Digər dövlətlərdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi çərçivəsində əlavə məbləğin hesablanması təcrübəsi olmadığından, eləcə də tranzit potensialının genişlənməsinə müsbət təsir göstərəcəyini nəzərə alaraq yol vergisi çərçivəsində «Təhlükəli yüklərin daşınmasına görə» hesablanan məbləğ ləğv edilir.

Paylaş

Xəbər lenti

Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Dünən, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Dünən, 21:48 Masazırda duz yığımı dayanıb? Dünən, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Dünən, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Dünən, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Dünən, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Dünən, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Dünən, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Dünən, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Dünən, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Dünən, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Dünən, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Dünən, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Dünən, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Dünən, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Dünən, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Dünən, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Dünən, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Dünən, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Dünən, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Dünən, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Dünən, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Dünən, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Dünən, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Dünən, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Dünən, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR