
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya prezidenti Putinin Ukraynadakı müharibədə uğur qazanmaq istədiyi tarixləri açıqlayıb.
Avesta.az xəbər verir ki, bu barədə o, Rusiya siyasətçi-jurnalisti Mark Feyqinə onun "You Tube" kanalındakı müsahibəsində danışıb.
"Onların iki tarixi var. Birincisi, bu bazar günü - aprelin 24-dəki Pasxa bayramıdır... İkincisi isə may bayramlarıdır", - deyə Arestoviç bildirib.
Onun fikrincə, Rusiyaya nəticə lazımdır: “Yəni, hansısa birinci...”
"Onlarda alınmayacaq - uğur qazana bilməyəcəklər. Mən bunu dərhal deyə bilərəm. Ona görə də narahat olmağa dəyməz. Amma çalışırlar. Bu müharibənin sonuncu böyük hücumudur. Bundan sonra üçün operativ ehtiyatları yoxdur", - Arestoviç vurğulayıb.