
Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.
Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində vəfat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.