
"Aşk-ı Memnu" serialında "Arsen Hala" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer vəfat edib.
AVESTA.AZ Milli.Az-a istinadən xəbər verir ki, Tuncerin ölümündən sonra serialdakı rol yoldaşı Beren Saat onunla bağlı vida paylaşımı edib.
Saat paylaşımında bu sözləri yazıb: "Əziz Gülsen Tuncerin vəfat etdiyini indicə öyrəndim. Dərin kədər, hörmət və sevgi ilə onu yad edirəm. Bu qədər gənc aktyorun yer aldığı "Aşk-ı Memnu" çəkiliş meydançasında fasilələr zamanı bizə etdiyi müdrik şərhləri, şirin zarafatları və böyük sevgisi qəlbimizdə həmişə yaşayacaq."
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.