
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oktay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.
Onun sözlərinə görə, Penitensiar xidmətin Lənkəranda olan müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır:
"Naxçıvandakı cəzaçəkmə müəssisəsindən 2, Lənkərandakı cəzaçəkmə müəssisəsindən də 2 nəfər olmaqla ümumilikdə 4 əfvə düşən şəxs cəzalarının çəkilməmiş hissəsindən azad olunub və sərbəst buraxılıb".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.