
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün "Şəfa" komandasının planı bəlli olub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib. Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.
Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə "Şəfa"nın rəqibi "İmişli" olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.