
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasında (MR) cəza çəkən iki Türkiyə vətəndaşı azadlığa buraxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki nəfər - Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.
Sərəncamın icrası dərhal təmin edilib və adıçəkilən şəxslər azadlığa buraxılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.