
"Filmimiz antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi, polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin həyat hekayəsindən bəhs edir".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında şəhid Əkrəm Şadmanovun xatirəsinə həsr olunan "Vətən Daşı" filminin quruluşçu rejissoru Niyam Şirinov sözügedən filmin təqdimat mərasimində deyib.
O bildirib ki, film Kəlbəcərdə lentə alınıb:
"Ötən il Xocalı ilə bağlı filmimiz təqdim olundu. Bu il isə Vətən müharibəsi və antiterror tədbirləri dövrü ilə bağlı şəhid Əkrəm Şadmanovun və onun ailəsinin həyat yolundan bəhs edən filmi lentə aldıq. Əkrəm Şadmanovun üç qardaşı var. Qardaşlarından biri hərbi sahədə xidmətini davam etdirir, digəri azad olunmuş ərazilərdə tikinti sahəsində, üçüncü qardaşı isə İstisuda işləyir. Düşünürəm ki, filmimiz qısa müddətdə çəkilməsinə baxmayaraq, çox uğurlu bir layihə olacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.