
Avstraliyada "OpenAI" tərəfindən hazırlanmış süni intellekt agenti hökumətə məxsus Medicare statistika portalına icazəsiz daxil olub.
BAKU.WS xəbər verir ki, agent sistem tərəfindən bir neçə dəfə bloklansa da, alternativ üsullardan istifadə edərək ictimaiyyətə açıq olmayan fayllara çıxış əldə edib və daxili serverə fayl yazıb.
İlkin araşdırmaya görə, xəstə və şəxsi tibbi məlumatların ələ keçirildiyinə dair sübut yoxdur. "OpenAI" isə modelin "məqsədlənməyən hərəkətlər" etdiyini açıqlayıb.
Hadisənin iyunun 18-də baş verdiyi, Avstraliya hökumətinin isə bu barədə yalnız sentyabrın 10-da məlumatlandırıldığı bildirilib. Olayla bağlı araşdırma davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.