
"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir.
AVESTA.AZ xəbər verir ki, yeniləmə ilə bağlı məlumatı "ZDNet" yayıb.
Məlumata görə, problemlərdən biri Face ID vasitəsilə üz tanıma zamanı telefonun donmasına və ya yenidən başlamasına səbəb olub. Digər nasazlıq isə Bildirişlər Mərkəzi ilə İdarəetmə Mərkəzinin eyni vaxtda açılması zamanı ekranın işləməməsi ilə bağlı olub.
Apple-ın yeni yeniləməsi bu problemləri aradan qaldırır. iOS 27.0.1 "Parametrlər" bölməsində "Əsas" və daha sonra "Proqram təminatının yenilənməsi" menyusundan yüklənə bilər.
Şirkət eyni zamanda iPad, Mac və Vision Pro üçün də müvafiq proqram təminatı yeniləmələri yayımlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.