
Payız aylarında çuğundur, balqabaq, kök və müxtəlif kələm növlərini qida rasionuna daxil etmək tövsiyə olunur.
AVESTA.AZ xəbər verir ki, rusiyalı dietoloq Tatyana Zalеtova bu tərəvəzlərin orqanizm üçün faydalı maddələrlə zəngin olduğunu bildirib.
Onun sözlərinə görə, balqabaq və kök beta-karotinlə zəngindir və bu maddə orqanizmdə A vitamininə çevrilir. Kələm və brokkoli isə lif, C vitamini və folatlarla zəngindir.
Pomidor likopen mənbəyidir. Mütəxəssis qeyd edib ki, likopen bişmiş pomidordan və az miqdarda yağla birlikdə daha yaxşı mənimsənilir.
Çuğundurun tərkibindəki təbii nitratlar isə qan təzyiqinin müəyyən qədər azalmasına kömək edə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.