
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu həbs edilib.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, "Hakimlər dosyesi" istintaqı çərçivəsində saxlanılan 7 şübhəlidən 5-i barəsində həbs qərarı verilib.
Həbs olunanlar arasında Ferhat Gündoğlu ilə yanaşı, TFF Aktiv Futbol Hakimləri və Müşahidəçiləri Assosiasiyasının sədri Ferdi Karadoruk, keçmiş TFF MHK üzvü Yunus Yıldırım, TFF Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul şöbəsinin təşkilat rəhbəri Alican Sağlar və İstanbul Vilayət Hakim Komitəsinin sədri Emre Kosif də var.
Digər iki şübhəli – TFF MHK-nın keçmiş vitse-prezidenti Ahmet Şahin və MHK üzvü, TFF Təhsil və 4-cü regional koordinatoru Sebahattin Şahin isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onlara ölkə xaricinə çıxış qadağası qoyulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.