
ABŞ-nin Massaçusets ştatında Nantaket adası yaxınlığında itkin düşən tibbi təyyarənin qalıqları aşkarlanıb. Təyyarədə olan 6 nəfərin axtarışı davam etdirilir.
AVESTA.AZ xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin əməkdaşları və yerli xilasetmə qrupları təyyarənin qalıqlarını Nantaketdən təxminən 32 kilometr aralıda, 24-27 metr dərinlikdə müəyyən ediblər.
Axtarış-xilasetmə əməliyyatı zamanı 7 355 kvadratkilometrə yaxın ərazi, ümumilikdə 53 saatdan çox müddətdə fasiləsiz şəkildə yoxlanılıb.
"Gulfstream G100" tipli təyyarə Bermud adalarından Boston istiqamətində uçarkən onunla əlaqə kəsilib. Təyyarədə 4 Kanada və 2 Bermud vətəndaşı olub.
Sahil Mühafizəsi axtarışların əsas məqsədinin təyyarədəki 6 nəfərin tapılması olduğunu açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.