
Çində 2025-ci il ərzində 670-dən çox bankın fəaliyyətinə son verilib. Bunun nəticəsində ölkədə bankların ümumi sayı təxminən dörddəbir azalıb.
AVESTA.AZ xəbər verir ki, bankların böyük əksəriyyəti kənd yerlərində fəaliyyət göstərib. Bu addım kiçik maliyyə qurumlarına nəzarətin gücləndirilməsi və bank sektorunun konsolidasiyası çərçivəsində həyata keçirilib.
Mütəxəssislərin fikrincə, prosesin əsas məqsədləri tənzimləmənin sadələşdirilməsi və likvidliklə bağlı mümkün problemlərin qarşısının alınmasıdır.
Bank sektorundakı dəyişikliklər Çinin iqtisadiyyatında baş verən ümumi proseslərlə, o cümlədən daşınmaz əmlak bazarında əvvəlki sürətli artımın dayanması ilə eyni dövrə təsadüf edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.