
Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında yerli tennis məşqçiləri üçün keçirilən akkreditasiya proqramının ikinci moduluna start verilib.
AVESTA.AZ-in məlumatına görə, Xorvatiyadan dəvət olunmuş məşqçinin rəhbərliyi ilə keçirilən səkkizgünlük proqramda 20 yerli tennis məşqçisi iştirak edir.
Nəzəri və praktiki məşğələlərdən ibarət proqram məşqçilərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə, müasir təlim metodlarının mənimsənilməsinə və məşq prosesində tətbiqinə yönəlib.
Ümumilikdə altı moduldan ibarət olan akkreditasiya proqramının birinci modulu artıq yekunlaşıb. Hazırda keçirilən ikinci moduldan sonra iştirakçılar növbəti dörd modul üzrə hazırlıqlarını davam etdirəcəklər.
Proqram Azərbaycanda tennis məşqçilərinin peşəkar inkişafına və yerli tennisçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək məqsədi daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.