
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin son iki əsrdə heç bir dövlətə hücum etmədiyini və gələcəkdə də belə bir niyyətinin olmadığını bildirib.
BAKU.WS xəbər verir ki, Pezeşkian bu fikirləri müdafiə naziri vəzifəsinə namizəd Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakirə olunduğu iclasda səsləndirib.
Prezident vurğulayıb ki, İran istənilən hücuma qarşı qətiyyətlə müqavimət göstərəcək və ölkəsinin ərazisinə qarşı təhdidlərə imkan verməyəcək.
Pezeşkian, həmçinin İranın müdafiə qüdrətinin yalnız raketlərdən ibarət olmadığını bildirib. Onun sözlərinə görə, xalqın birliyi və həmrəyliyi də ölkənin müdafiəsində mühüm rol oynayır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.