
Litvanın Panevejis və Şaulyay bölgələrində mümkün pilotsuz uçuş aparatı təhlükəsi səbəbindən qırmızı hava həyəcanı elan olunub.
AVESTA.AZ xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, təhlükə ilə bağlı sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib. İnsanlara dərhal sığınacaqlara və digər təhlükəsiz yerlərə keçmək, rəsmi qurumların göstərişlərini gözləmək tövsiyə edilib.
Son məlumata əsasən, Şaulyay və Kaunas bölgələrində hava həyəcanı ləğv olunub. Panevejis bölgəsində isə qırmızı təhlükə səviyyəsi qüvvədə saxlanılıb.
Dronun mənşəyi və hadisənin digər təfərrüatları barədə hələlik rəsmi məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.