
Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə AVESTA.AZ-ə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
"Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.
Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart tarixdə saat 22:00 dan, 22 mart tarixi səhər saatlarına qədər dayandırlacaq", – məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.