
Kanada hakimiyyəti Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) tərəfindən Kanadanın Yukon bölgəsində vurulan naməlum obyektin qalıqlarının axtarışını dayandırmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə “CTV” Milli Polisə istinadən məlumat verib.
Polisin bəyanatında deyilib ki, uçan obyektin vurulduğu ərazi mütəxəssislər tərəfindən yoxlanılıb, lakin qalıqlar aşkar edilməyib. Bundan əlavə, polis güclü qar yağması səbəbindən axtarışları dayandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.