3-03-2023, 17:23 557

YAP və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Dövlət Himni səsləndirilib, Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib.

Çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi YAP da Heydər Əliyevin dövlətçilik irsinin, ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə il ərzində çoxsaylı tədbirlər keçirəcək:

"Heydər Əliyev İli" ilə əlaqədar müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar və digər bir sıra tədbirlər təşkil ediləcək ki, bu da Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə əvəzsiz yerinin və rolunun tədqiqinə mühüm töhfə olacaqdır".

T.Budaqov vurğulayıb ki, bu gün siyasi partiyalar müstəqillik tarixində heç vaxt olmadığı kimi birlik və həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar:

"44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə ortaq mövqedən çıxış etmələri bu reallığın bariz nümunəsidir. Tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında ictimai-siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, Böyük Qayıdışın vaxtında və yüksək səviyyədə həyata keçirilməsi və digər mühüm vəzifələr durur".

Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, tarixin müxtəlif mərhələlərində bir çox mənbələrdə özünü büruzə verən “azərbaycançılıq” ideyası məhz Heydər Əliyev sayəsində ölkənin inkişaf strategiyasının ideoloji sütunu kimi təsbit edilib: "Üç onillik ərzində bütün sahələrdə əldə edilmiş dinamik inkişaf nəticəsində artıq “yeni azərbaycançılıq məfkurəsi” ilə “yeni hədəflərə doğru” inamla irəliləyən bir Azərbaycan dövləti vardır. Müasir Azərbaycan cəmiyyətində aparıcı rola malik YAP hazırki siyasi sistemin digər komponentləri ilə siyasi pluralizm və bərabər imkanlar şəraitində formalaşan münasibətlərə istinad edərək, demokratik ab-havanın, dialoq mühitinin bərqərar olmasında Partiya sədri və ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlar prosesinə bir ahəngdarlıq gətirir. Ölkədə “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi isə daha təkmil, daha mükəmməl siyasi sistemin formalaşmasına təkan verməkdədir. Bu isə cəmiyyət həyatında yeni keyfiyyət dəyişikliyinə, o cümlədən bərabər hüquqlar və imkanlar şəraitində ictimai-siyasi proseslərin əsas iştirakçısı qismində çıxış etmək istəyən soydaşlarımız üçün fəaliyyət sərbəstliyini artırır".

Komitə sədri bildirib ki, onların siyasi partiyalara, ictimai qurumlara, o cümlədən həmkarlar təşkilatına mənsubluğu sahəsində geniş imkanlar yaradır: "Bunun nəticəsidir ki, partiyaların fərqli ideoloji, siyasi yönümünün olmasına baxmayaraq onların dövlət və cəmiyyət qarşısında hüquq və öhdəliklərinin konkret müəyyənləşməsi siyasi sistemdə bəlli bir nizam yaratmaqdadır. Bununla yanaşı üzvləri də daxil olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyətinin də müəyyənləşməsi baxımından əhəmiyyətli dəyişikliklərə səbəb olmaqdadır. İndi artıq Konstitusiya və əlaqəli qanunların eləcə də beynəlxalq konvensiyaların şərtlərinə uyğun olaraq etnik və milli mənsubiyyəti, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş ölkə həyatında bərabər iştirak, təmsilçilik və məsuliyyətə əsaslanan bir şəraitin vacib halqası olduğunu dərk edir. Bu rolunu uğurla yerinə yetirmək imkanından bəhrələnərək hərtərəfli inkişafa töhfə verməli olduğunu da qəbul edir".

Sonda tədbir müzakirələrlə davam edib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR