
ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə baş verən atışma zamanı 6 nəfər ölüb.
Bu barədə “AVESTA.AZ” “ABC News”a istinadən xəbər verir.
Qeyd edilir ki, həlak olanlardan 3-ü şagirdlər, 3-ü isə məktəbin əməkdaşlarıdır.
Digər mətbu orqanların məlumatına görə, məktəbə hücum edən silahlı şəxs də öldürülüb. O, gənc qızdır.
Bundan əvvəl WKRN telekanalı da atışma zamanı bir neçə nəfərin öldüyünü xəbər verib.
ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə atışma baş verib, ölənlər var.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğın təhlükəsizliyi departamenti məlumat yayıb.
“Barton Hills bulvarındakı məktəbdə hələ zərərsizləşdirilməyən cinayətkarla bağlı tədbirlər görürük. Çoxlu sayda qurbanın olduğunu təsdiqləyə bilərik”, - məlumatda deyilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.