
Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində 46 nəfər itkin düşüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Yenilənmiş məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib. "27 nəfər yaralanıb, 46 nəfər itkin düşüb", - idarənin tvitterdəki səhifəsində yayılan hesabatda deyilir.
Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zərər gördüyünü bildirib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.