
Sabirabadda 59 yaşlı kişi qonşunun həyətində intihar edib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Şəhriyar küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Kərimov Habil Paşa oğlu özünü asıb.
İntiharın səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.