12-04-2023, 11:44 489

“Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib

Aprelin 12-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov və nazirliyin məsul işçiləri, Milli Məclisin deputatları, Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan ədliyyə nazirinin müavini ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyasını vurğulayıb. Bildirib ki, demokratik hüquqi dövlətin möhkəm təməlini qoyan ulu öndər Heydər Əliyev azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin banisidir. Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli Liderin müəllifi olduğu Konstitusiyada bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə başlanıb.

Ulu Öndərin ideyalarına uyğun olaraq yerli özünüidarəetmə fəaliyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın hərtərəfli inkişafına uyğun olaraq təkmilləşdiyini bildirən V.Zahirov müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi keçirilən profilaktik və maarifləndirmə tədbirlərini qeyd edib, bu sahədə Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunub.

“Ötən dövrdə 1 milyona yaxın bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, profilaktik tədbirlərin gücləndirilməsi və hüquqi maarifləndirmənin yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 75 mindən çox tövsiyə göndərilib, 90 min bələdiyyə üzvü və qulluqçusu Ədliyyə Akademiyasında və digər qurumlarda təşkil edilmiş maarifləndirmə tədbirlərinə cəlb olunub, bələdiyyələr üçün 300 metodik vəsait hazırlanıb”, - deyən nazir müavini yerli özünüidarəetmənin inkişafı sahəsində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla, xarici ölkələrin bələdiyyələri ilə səmərəli əməkdaşlığı qeyd edib.

Nazir müavini torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə həmin ərazilərdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüz və bir milyondan artıq soydaşımızın özünüidarəetmə hüququndan məhrum olduğunu bildirib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyini xüsusi vurğulayıb. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işlərinin aparıldığıni diqqətə çatdırıb.

Bildirilib ki, yerli əhalinin rifahı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak edən bələdiyyələr də Vətən müharibəsi və sonrakı dövrdə səmərəli fəaliyyətləri ilə seçilirlər. Ötən müddətdə bələdiyyələr tərəfindən Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri həll edilib, həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilib, onların yaşadıqları evlər və küçələr abadlaşdırılıb.

Sonra ümummilli lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə davam edən konfransda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yerli özünüidarəetmənin qanunvericilik əsasları” mövzusunda çıxış edib.

Həmçinin nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənovun “Yerli demokratik ideyalara işıq tutan Heydər Əliyev irsi”, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyevin “Yerli özünüidarəetmədə assosiasiyaların rolu, bələdiyyələrə dövlət qayğısı”, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin “Yerli özünüidarəetmədə ictimai iştirakçılıq”, Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadayevanın “Dövlətimizin gender siyasətinin yerli özünüidarəetmədə təcəssümü” mövzusunda çıxışları dinlənilib, maraqlı müzakirələr aparılıb.

Tədbirdə Ədliyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanmış və səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan bələdiyyələrlə iş portalının təqdimatı keçirilib.

Bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.

Eyni zamanda portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.

Təqdimat zamanı portalın funksional imkanları əyani nümayiş etdirilib, onun ictimaiyyət və bələdiyyələr üçün faydası qeyd olunub.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR