
Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, qadın sürücü idarə etdiyi avtomobili yolun kənarına aşırıb.
Avtoqəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və 1987-ci il təvəllüdlü Cəmilə Musayeva xəsarət alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.