15-04-2023, 23:42 434

Federasiya rəsmisi: “Bu hadisə onu göstərir ki, ermənilər sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var”

“Həmin vandallığı, barbarlığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışladı. Bu hadisə onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var.

“Report” xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.

Qurumun sözçüsü Azərbaycan bayrağının yandırılmasının yolverilməz addım olduğunu bildirib: “Bayraq namusumuz qeyrətimiz, şərəfimizdir. Hamımız bayrağımızın yüksəlməsi, zirvələrdə dalğalanması üçün çalışırıq. Bayrağımıza qarşı edilən istənilən hərəkət yolverilməzdir. Bunun qarşısını İrəvanda belə, almağa hazırıq. Hadisə baş verən anda reaksiyamızı göstərdik. Çünki bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən dövlətin başçısının beş addımlığında qonağının bayrağı yandırılır və buna reaksiya vermir. Hadisə baş verən anda qərara gəldik ki, ölkəni tərk edək. Dərhal məlumat verdik. Dövlət başçımız və Birinci vitse-prezidentimiz ilk andan sona qədər yanımızda oldular. Xalqımızın da dəstəyini hiss etdik”.

K.Məstəliyev bildirib ki, hadisədən sonra həm yerli hakimiyyət, həm Avropa Ağır Atletika Federasiyası, həm də Beynəlxalq Ağır Atletika Federasiyası onları yarışda qalmağa dəvət ediblər: “Ancaq bunu qəbul edə bilməzdik. Buna görə də, qərara alındı ki, ilk imkandaca Ermənistanı tərk edək”.

Mətbuat katibi hesab edir ki, açılış mərasimindən sonra məskunlaşdıqları oteldə internetin kəsilməsi bilərəkdən atılan addım idi: “Daimi internet olmasına baxmayaraq, hadisə baş verən kimi, internet kəsildi. Hətta televiziyada da bayrağın yandırılması epizodunu göstərməmişdilər. Qısa müddət sonra bunu sosial şəbəkələrdə gördük. O zaman interneti niyə kəsdiklərini başa düşdük. Orada yalnız Türkiyə millisinin dəstəyini gördük. Onlarla eyni mərtəbədə qalırdıq, daim əlaqədə idik. İlk andaca bizi dəstəklədilər, həmrəy olduqlarını bildirdilər”.

Federasiya rəsmisi İrəvanda olduqları müddətdə Ermənistan ictimaiyyəti ilə birbaşa təmaslarının olmadığını vurğulayıb: “Buradan Tbilisiyə getdik, orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar. Bizi İrəvana apardılar və oradan otelə getdik. İlk günü oteldə qaldıq, çölə çıxmadıq. Aprelin 14-də cəmi bir dəfə çıxdıq, müşayiətlə məşqə gedib qayıtdıq. Bizim yox, hətta bayrağımızın ilk təmasındaca təxribata əl atdılar. İdmançılarımızın da yaşları azdır, onlar Azərbaycanın gələcəyidirlər, böyük qələbələri hələ qarşıdadır. Azərbaycanın bayrağını hələ çox yüksəklərə qaldıracaqlar. Onların psixoloji vəziyyətini nəzərə alaraq, geri qayıtmaq qərarına gəldik. Orada qalmağın heç bir əhəmiyyəti yox idi”.

Kənan Məstəliyev ermənilərin Azərbaycan ağırlıqqaldıranlarından qorxduqları üçün bu təxribatı törətdiklərini düşünür: “Açılış mərasimindən əvvəl komanda ilə məşqə getmişdik. Dörd nəfərdən ibarət kiçik heyət idi. Adətən belə yarışlardan əvvəl idmançılarımız maksimum çəkilər qaldırır, güclərini ortaya qoyurlar. Start listdə göstərilən çəkilərdən məşqdə daha yaxşısını etdik. Bu o deməkdir ki, yarış vaxtı daha çoxunu edəcəkdik. Məşqi bitirməyimizə az qalmış Ermənistan yığması həmin zala gəldi. Belə başa düşdük ki, onlar idmançılarımızın qızıl medal qazanma şansını gördülər. Böyük ehtimalla baş vermiş hadisənin səbəbi də bu idi”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Paylaş

Xəbər lenti

ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Bu gün, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Bu gün, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Bu gün, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Bu gün, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Bu gün, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Bu gün, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Bu gün, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Bu gün, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Bu gün, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Bu gün, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Bu gün, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Bu gün, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Bu gün, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Bu gün, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Bu gün, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Bu gün, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Bu gün, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Bu gün, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Bu gün, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Bu gün, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Bu gün, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Bu gün, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Bu gün, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Bu gün, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Bu gün, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Bu gün, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Bu gün, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Bu gün, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Bu gün, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Bu gün, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Bu gün, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Bu gün, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Bu gün, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Bu gün, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Bu gün, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Bu gün, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Bu gün, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Bu gün, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Bu gün, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Bu gün, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Bu gün, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Bu gün, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Bu gün, 09:48 UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək Bu gün, 09:48 Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR