
Bakının Suraxanı rayonunda 62 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, 1961-ci il təvəllüdlü Qurbanova Xanım Tapdıq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.