8-05-2023, 16:54 522

“Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol: quruculuq, inkişaf və varislik” adlı tədbir keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Ümummilli Liderin 100 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol: quruculuq, inkişaf və varislik” adlı tədbir keçirilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

İlk olaraq Fəxri xiyabana ziyarət təşkil edilib, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə İcraçı direktorun müavinləri, müşavirləri, TƏBİB-in departament rəhbərləri, tabeli tibb müəssisələrinin direktorları Ulu Öndər və Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər qoyublar.

Tədbir Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başlayıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb: "Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı".

Vüqar Qurbanov səhiyyə sahəsində Ulu Öndər tərəfindən başlanan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb: "Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəsillərin sağlam inkişafına bir töhfədir".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkədəki çətin vəziyyətdən və Heydər Əliyevin həmin ağır günlərdən keçərək müasir, güclü Azərbaycan yaratdığından söz açıb: "Ulu Öndərin təşəbbüsü ilə hələ ötən əsrin 90-cı illərində tibbi sığorta haqqında qanun işlənib hazırlanıb və bu gün prezident İlham Əliyev tərəfindən qəbul olunaraq uğurla icra olunur. Ötən il əhalinin 47 faizi tibbi sığortadan yararlanıb. Bu, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi".

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışıb.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxış edərək Ulu Öndərin səhiyyə sahəsində qanunvericiliklə bağlı misilsiz xidmətlərinin olduğunu xatırladıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında Heydər Əliyevin yalnız dövlət qurucusu deyil, millət, insan memarı olduğunu söyləyib. Həyatının son gününədək Azərbaycan xalqı uğrunda çalışdığını bildirib. Hələ orta məktəb illərində Füzulidə səfərdə olan Heydər Əliyevlə canlı görüşün həyatının ən önəmli hadisəsi olduğunu bildirib.

Daha sonra çıxış edənlər Heydər Əliyevin tibb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirin bədii hissəsində xalq artisti Faiq Ağayevin ifasında Ulu Öndərin xatirəsinə həsr olunan "Dahi" mahnısı təqdim olunub.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR