10-05-2023, 16:50 522

İlham Əliyev və Mehriban Əliyeva Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.

“Report”un xəbərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma Şuşa Otel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verib.

Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində - 2021-ci il yanvarın 14-də bu barədə demişdi: “Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi”.

Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.

Bildirildi ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.

Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.

Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da “təmiz” enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir.

Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.

Oteldə “Miras Rəsm Qalereyası” tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, “Doğma Mədəniyyət Ocağımız” şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızın, eləcə də, Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur. Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltəraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur.

Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası və hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün əlavə üfüqlər açır. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı bu ərazilərin bərpası və yenidən qurulması prosesini də sürətləndirir.

İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.

Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında təməli qoyulan beynəlxalq hava limanları azad edilmiş ərazilərimizin turizm potensialının reallaşmasında, turist cəlbində mühüm rol oynayacaq.

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərarın nəticəsində Şuşada tarixi-mədəni irsin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub.

İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Şuşa mədəniyyət paytaxtı olduğu kimi turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına sahibdir və bu potensiala uyğun turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.

Paylaş

Xəbər lenti

Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Dünən, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Dünən, 16:48 Sülhə doğru növbəti addım Dünən, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Dünən, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Dünən, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Dünən, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Dünən, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Dünən, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Dünən, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Dünən, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Dünən, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR