
Biləcəridə evlərin birində 58 yaşlı kişi qətlə yetirilib.
DİN-in Mətbuat xidmətindən "AVESTA.AZ"a bildirilib ki, mayın 10-də saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.