12-05-2023, 22:39 636

Azərbaycanın KİV nümayəndələri: “Ukraynada ölkəmizlə bağlı məlumatlandırma işini yaxşılaşdırmaq lazımdır”

Azərbaycan Ukraynadakı hadisələrdən daha çox məlumatlıdır, nəinki əksinə və bu vəziyyəti dəyişmək yaxşı olardı.

“AVESTA.AZ” xəbər verir ki, “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar şəraitində strateji tərəfdaşlıq” adlı dəyirmi masada Azərbaycandan olan məruzəçilər – “Global Media Group”un (GMG) Media direktoru Həmid Həmidov və “AVESTA.AZ” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevin əsas ismarışı bu olub.

“Bizi daha çox Ukraynada baş verənlər maraqlandırır, Ukraynadakı hadisələrdən daha çox məlumatımız var”, - H.Həmidov bildirib.

O əlavə edib ki, praktiki olaraq hər bir orta statistik Azərbaycan vətəndaşı hazırda Ukraynada hərbi əməliyyatlar teatrının harada olduğunu, Baxmut şəhərinin harada yerləşdiyini, Ukrayna ərazisinin hansı hissəsinin Rusiya tərəfindən işğal olunduğunu və s. söyləyə bilər: “Amma Ukraynada Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən münaqişə ilə bağlı məlumatlılıq çox deyil və bu mənada ukraynalıların ölkəmizə böyük marağı yoxdur. Doğrudur, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı vəziyyət bir qədər dəyişib. Bilirəm ki, Ukraynada bu müharibənin təcrübəsi diqqətlə öyrənilib”.

“Global Media Group”un Media direktoru bunun da kifayət etmədiyini vurğulayıb: “Ukrayna mediasının Cənubi Qafqazda cərəyan edən hadisələrə daha çox diqqət yetirməsini istərdim. Ortaq cəhətlərimiz çoxdur. Odur ki, bir-birimizi daha yaxşı tanımalıyıq”.

“AVESTA.AZ” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev isə qeyd edib ki, onun rəhbərlik etdiyi agentlik 2021-ci ildə Ukraynanın böyük informasiya agentliyi – UNIAN ilə əməkdaşlıq müqaviləsi imzalayıb: “Nəticədə UNIAN vasitəsilə Ukrayna mətbuatında Azərbaycanla bağlı xəbərlər yayılır. Lakin Həmid Həmidovun fikirləri ilə razıyam. Ukraynada Azərbaycan haqqında məlumat son dərəcə azdır”.

“Nəticədə bu il Azərbaycana səfər edən ukraynalı jurnalistlər bir tərəfdən paytaxt Bakıya heyran qalır, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərdəki dağıntıları görən zaman çox məyus olurdular”, - F.Hüseynəliyev vurğulayıb.

Onun sözlərinə görə, bu səfər mövcud vakuumu müəyyən qədər doldurmağa imkan verib: “Belə ki, Ukrayna KİV-lərində Azərbaycanla bağlı daha çox materiallar yayılmağa, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri anlamaq və çatdırmaq cəhdləri yer almağa başlayıb”.

“Yaxşı olardı ki, məlumatlar Rusiya KİV-ləri vasitəsilə deyil – onlar təhrif oluna və Ermənistan tərəfinin mövqeyinə əsaslanılaraq verilə bilər – ilkin mənbələrə, yəni Azərbaycan mediasına və ekspertlərinə istinadən verilsin. Azərbaycan mediası Ukraynada baş verən hadisələrlə bağlı etibarlı məlumat almaq üçün bu ölkənin mətbuatına nəzər yetirir. Azərbaycan cəmiyyətinin əksəriyyəti Ukraynanı dəstəkləyir, onun qələbə qazanmasını və ərazi bütövlüyünün bərpasını arzulayır”, - F.Hüseynəliyev qeyd edib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR