
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib.
O Cıdır düzündə olub və orada bir neçə foto lentə aldırıb. Şəkillərdən birində həyat yoldaşı Sümeyyə Ərdoğan da yer alıb.
Qeyd edək ki, Selçuk Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, Ərdoğanın qızı Sümeyyə ilə 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün bir övladı var.
Xatırladaq ki, Selçuk Bayraktar Bakıda keçirilən "Teknofest" festivalı çərçivəsində Azərbaycanda səfərdədir.





© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.