
Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı Zahid Niftəliyev həbs olunub.
Sportfm.az xəbər verir ki, o, mənimsəmə və dələduzluqda ittiham olunur. Z.Niftəliyev Cinayət Məcəlləsinin 178.2.1 , 178.2.2 , 178.2.3, 178.2.4, 32.4 312.2-cü maddələri ilə təqsirli bilinir. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.