
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə keçirilən növbəti iclası yekunlaşıb.
"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclasında görülən işlər və cari məsələlər ilə yanaşı Zəngilan rayonunun biomüxtəlifliyi haqqında, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yatqlarının istifadəsi haqqında müzakirələr aparılıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad olunan ərazilərə növbəti səfəri təşkil olunub.
"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.
Zəngilan rayonu Ağalı kəndində reallaşan iclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.
Toplantıda görülən işlər və cari məsələlər ilə yanaşı Zəngilan rayonunun biomüxtəlifliyi haqqında, işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yataqlarının istifadəsi haqqında müzakirələr aparılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.