12-06-2023, 17:53 881

“Beynəlxalq arxitekturanın çöküşü müşahidə olunsa da, dəyişməyən bir reallıq var: Qərbin ikili standartları” - RƏY

“Rusiya-Ukrayna münaqişəsi fonunda geosiyasi konfiqurasiyadakı dəyişiklik, qütblərarası ziddiyyətin dərinləşməsi şəraitində beynəlxalq arxitekturanın çöküşü müşahidə olunsa da, dəyişməyən bir reallıq var: Qərbin ikili standartları”.

Bunu “AVESTA.AZ”a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bir sıra nüfuzlu qərb media resursları, məsələn, “Ekonomist” Ermənistanı Rusiyanın ən yaxın müttəfiqi adlandıraraq rəqəmlərdə ehtiva olunan statistika tirajlamağına baxmayaraq İrəvan nə hər hansı sanksiyaya, nə də çəkindirici çağırışa məruz qalıb:

“Ermənistan bu kimi ritorikadan kənarda tutulub. Əlbəttə, Azərbaycan üçün məlum yanaşma yeni deyil, çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin işğalına, bir milyondan artıq məcburi köçkünə rəğmən Qərbin həmin ikiüzlülüyünü 30 il müşahidə etmişik. 30 il ərzində Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərin, yüzlərlə kəndin yer üzündən silinməsinə baxmayaraq, susan Qərb Azərbaycan hərbi-siyasi yolla işğala son qoyduqdan sonra azad olunmuş torpaqlarımızda “erməni irsinin” müdafiəsinə qalxdı”.

Deputat vurğulayıb ki, Qərbdən Ermənistanın ikiüzlülüyünə - Avropada Rusiyanı qınayan bəyanatları fonunda Paşinyanın tez-tez Moskvaya səfər edib, Ermənistanın Rusiyaya sədaqətini nümayiş etdirmək cəhdlərinə hansısa reaksiya gözləmək sadəlövhlükdür:

“Qərbpərəst və demokrat kimi Demokratiya Sammitinə dəvət alan Paşinyanın bir neçə həftə sonra 9 mayda Moskvada keçirilmiş paradda iştirakı, ardınca Avropa Sammitinə qatılması, bu riyakarlığa isə sükutla yanaşılması Qərbin artıq bütün siyasi dəyərlərini itirdiyini göstərir”.

Nikol Paşinyan
Nikol Paşinyan

Onun fikrincə, belə bir vəziyyətdə, Qərbdən hər hansı bir beynəlxalq hüquq subyektinə, o cümlədən fiziki və hüquqi şəxsə münasibətdə Rusiya ittihamı saxtakarlıqdan başqa bir şey deyil:

“Digər tərəfdən, Qərbin Ermənistanın Rusiya ilə münasibətlərinə “dözümlülük” nümayiş etdirməsi müəyyən versiyalar üzərində, məsələn, Qərbin bəzi dövlətlərinin və liderlərinin özlərinin Ermənistan vasitəsilə Rusiyada biznes maraqlarını təmin etməsi barədə düşünməyə əsas verir. Davamlı şəkildə Ukraynaya dəstək ifadə edən Fransanın Rusiya ilə gizli danışıqlar aparması barədə məlumatlar tirajlanmaqdadır. Ermənistanın Avropada və dünyadakı əsas havadarının bu cür ləyaqətli olmayan davranışı fonunda, təbii ki, Rusiya mövzusunda İrəvandan və İrəvana baxış da elə bu cür ikiüzlü siyasəti ehtiva etməli idi”.

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR