
"Təəssüf ki, reklam daşıyıcılarında ədəbi dil normaları bir çox hallarda kobud şəkildə pozulur".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşlarına keçilmiş üç aylıq təlimin yekunları ilə bağlı tədbirdə Mərkəzin direktoru, professor Sevinc Əliyeva deyib.
O, təlimlərin açıq məkanlardakı reklamlarda Azərbaycan dilinin saflığının qorunması və dövlət dili normalarının düzgün tətbiqinin təmin edilməsi məqsədilə təşkil olunduğunu, təlim zamanı bilik və bacarıqların praktik əhəmiyyəti nəzərə alınmaqla reklam mətnlərindən seçilmiş nümunələrin təhlilinə üstünlük verildiyini bildirib.
Reklam daşıyıcılarında ədəbi dil normalarının bir çox hallarda kobud şəkildə pozulduğunu təəssüf hissi ilə qeyd edən natiq Monitorinq Mərkəzinin açıq məkanlardakı reklamlarda apardığı monitorinqin nəticələrinin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıb, sözügedən sahədə mövcud nöqsanların aradan qaldırılmasında ADRA ilə davamlı əməkdaşlığın töhfə verəcəyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.