
Ağdaşda 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb.
"Report"un xəbərinə görə, Ağdaş şəhər sakini, 2021-ci il təvəllüdlü P.Abdullayev yaşadığı evdə nəzarətsiz qaldığı üçün üzərinə qaynar su dağılıb və o, yanıq xəsarətləri alıb.
Körpənin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.