
Pentaqonun rəhbəri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 28-də keçiriləcək görüşdə NATO-nun şərq cinahının gücləndirilməsi və Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Müdafiə naziri Ostin alman həmkarı Boris Pistoriusu Pentaqonda qəbul edəcək. Nazirlər NATO-nun şərq cinahını gücləndirmək üçün Almaniyanın dəstəyi və Ukraynaya hərbi yardımın artırılması da daxil olmaqla bir neçə məsələni müzakirə edəcəklər", - Rayder deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.