
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
"AVESTA.AZ" xəbər verir ki, o, Gürcüstanda “Torpedo" ilə Bosniya və Herseqovinanın "Sarayevo" komandaları arasında oynanılacaq Konfrans Liqasının I təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 13-də Kutaisidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.