5-07-2023, 12:46 477

Azərbaycanda respondentlərin  79,7%-i qadınların həm iş, həm də ailə həyatında fəal olmalı olduqlarını düşünürlər - SORĞU

Azərbaycanda respondentlərin 79,7%-i qadınların həm iş həyatı, həm də ailə həyatında fəal olmalı olduqlarını düşünürlər.

"AVESTA.AZ" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Qadınların sosial rolları ictimai rəydə" mövzusu ilə bağlı keçirdiyi rəy sorğunun nəticəsində məlum olub.

Rəyi soruşulanların 14,3%-i qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu, 4,6%-i qadınların iş həyatında və ictimai həyatda iştirak etməli olduqlarını, 79,7%-i isə onların həm iş həyatı, həm də ailə həyatında fəal olmalı olduqlarını qeyd ediblər.

Verilən cavablarda ciddi gender fərqləri üzə çıxıb. Belə ki, qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu düşünənlər kişilər arasında 20,7%, qadınları arasında isə 8,1%-dir. Onların həm iş, həm də ailə həyatında fəallığının vacibliyini vurğulayanlar isə, əksinə qadınlar arasında daha çoxdur. Qadınların 88,2%-i, kişilərin isə 71,2%-i bu fikirlə razılaşıb.

Respondentlərin təhsil səviyyəsinin cavablara təsiri aydın şəkildə özünü biruzə verib. Belə ki, qadınların həm iş, həm də ailə həyatında fəallığının vacibliyi fikri ilə, orta təhsillilərin 73,4%-i, texniki-peşə təhsillilərin 85,2%-i, ali təhsilli respondentlərin isə 93,7%-i razılaşıb. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanların təhsil bölgüsündə isə əks tendensiyanı izləmək olar. Orta təhsillilərin 20,2%-i, texniki-peşə təhsillillərin 7,4%, ali təhsillillərin isə 4,2%-i bu fikirlə razılaşıb.

Məşğuliyyət bölgüsündə diqqət çəkən məqam qadınların hər iki sahədə fəallığının vacibliyi fikri ilə daha çox iki qrupun - dövlət sektorunda işləyənlərin (84,3%) və evdar qadınların (85,7%) razılaşmasıdır. Başqa sözlə, evdar qadınların əksəriyyətinin yalnız özəl sahədə fəallıq göstərmələrinə birmənalı yanaşmadığını güman etmək olar. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanlar daha çox fərdi əmək fəaliyyəti (26,3%) ilə məşğul olanlar, həmçinin işsiz olub, iş axtaranlar (28,2%) arasındadır.

Gəlir səviyyəsi artdıqca qadınları yalnız özəl sahədə görən respondentlərin sayı azalır, həm özəl, həm də ictimai sahədə fəallığını məqbul hesab edənlərin sayı isə artır.

Qeyd edək ki, sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Paylaş

Xəbər lenti

Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi Bu gün, 15:48 Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri. Bu gün, 15:48 3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..." Bu gün, 15:48 Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48 Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir Bu gün, 14:48 Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir" Bu gün, 13:48 Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü Bu gün, 13:48 Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb Bu gün, 13:48 İranda dolların məzənnəsi rekord həddə çatdı – 2,3 milyon rialı keçdi Bu gün, 13:48 Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib Bu gün, 13:48 Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü Bu gün, 13:48 Buğda son 20 ilin ən yüksək səviyyəsinə çatdı - Çörək bahalaşacaq? Bu gün, 12:48 Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb Bu gün, 12:48 Öldürülən həkimin qızından ŞOK AÇIQLAMA: "Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi..." Bu gün, 12:48 Kiyev vilayətinə hücumda azərbaycanlı həlak olub – Zelenskidən açıqlama Bu gün, 12:48 SOCAR AQŞ maliyyə vəziyyətini açıqlayıb Bu gün, 12:48 Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ Bu gün, 12:48 Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü Bu gün, 12:48 Murad Ağabəyli: "Bu il qoruqlara 432 min nəfər bilet alıb" Bu gün, 12:48 Vahid Ələkbərov "Forbes"də BİRİNCİ Bu gün, 12:48 Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi – VƏSİQƏSİ də əlindən alındı Bu gün, 11:48 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE Bu gün, 11:48 Vətən müharibəsi qazisi, aşpaz vəfat etdi Bu gün, 11:48 Bakıda tıxacları belə azaltmaq olar - Avtobus zolaqları, dayanacaqlar... Bu gün, 11:48 BDYPİ-dən yük maşını sürücülərinə SƏRT ÇAĞIRIŞ: "Yorğun halda sükan arxasına keçməyin!" Bu gün, 11:48 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı Bu gün, 11:48 Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək Bu gün, 10:48 KitKat fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar Bu gün, 10:48 Bakıda bu ərazidə yeni tunel TİKİLƏCƏK Bu gün, 10:48 "Harmoniya" sənədli filmi Romada təqdim olunacaq Bu gün, 10:48 Azərbaycanda maaş artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 10:48 İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI Bu gün, 10:48 Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR