5-07-2023, 23:57 1087

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer verib

Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb.

“AVESTA.AZ” xəbər verir ki, “Haber Global” Azərbaycan Prezidentinin Fransanın müstəmləkə siyasəti ilə bağlı fikirlərinə diqqət çəkib. “Əliyev: Fransa müstəmləkə keçmişinə və soyqırım cinayətlərinə görə üzr istəməlidir” başlıqlı xəbərlə Prezident İlham Əliyevdən geniş sitat təqdim edib.

“Fransa müstəmləkə keçmişinə və soyqırımı cinayətlərinə görə üzr istəməlidir. Ermənistanın fəaliyyətinə görə Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir. Fransa müstəmləkə keçmişinə və soyqırım cinayətlərinə görə üzr istəməlidir. Niderland müstəmləkə keçmişinə və köləlik fəaliyyətinə görə üzr istəyərək bunu etdi və biz Fransanı da eyni şeyi etməyə çağırırıq. Əlcəzairəsilli Naelin öldürülməsi Fransada irqçilik və ayrı-seçkiliyin yeni nümunəsidir. Fransa başqalarına mühazirə oxumaq əvəzinə öz ölkəsindəki narahatedici problemlərə diqqət yetirməlidir. Fransa hələ də neokolonializmi qoruyan ölkələrdən biridir”, - deyə sitatda qeyd olunub.

“Haber.com” saytı isə İlham Əliyevin “Ermənistan regionda sülh istəyirsə, silahlı qüvvələrini Qarabağdan tamamilə çıxarmalıdır” sözlərini önə çəkib.

"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində hələ də erməni silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarmalıdır. Bölgədəki erməni hərbi ünsürləri tərksilah edilməli və demobilizasiya edilməlidir”, – deyə sayt İlham Əliyevdən sitat təqdim edib.

Portalda, həmçinin, İlham Əliyevin çıxışında Zəngəzur dəhlizi ilə bağlı söylədiklərinə də diqqət çəkilib: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur. Zəngəzur dəhlizi Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədi ilə üzərinə götürdüyü növbəti öhdəlikdir və buna görə də yerinə yetirilməlidir”.

“Yeni Şafak” qəzeti “Azərbaycan prezidenti Əliyev: Hollandiya köləlik fəaliyyətinə görə üzr istəyib Biz Fransanı da eyni addımı atmağa çağırırıq” başlıqlı xəbəri ilə İlham Əliyevin çıxışına geniş yer verib: “Biz Fransa hökumətini Qoşulmama Hərəkatının əsas sənədlərində əks olunduğu kimi, Yeni Kaledoniya xalqının və Fransanın xaricdəki icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda nəzarət etdiyi torpaqlar Fransa müstəmləkə imperiyasının dəhşətli qalıqlarıdır. Biz, həmçinin Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və Afrika, Cənub-Şərqi Asiya və digər regionlarda Qoşulmama Hərəkatına üzv ölkələrə qarşı soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyəti qəbul etməyə çağırırıq”.

Nüfuzlu “ensonhaber.com” saytı da İlham Əliyevin “Makron üzr istəməlidir” ifadəsini qabardıb.

Sayt yazır: “Paris administrasiyasının müstəmləkə keçmişinə toxunan Əliyev “Onlar milyonlarla insandan üzr istəməlidirlər” deyib. Azərbaycan prezidenti İlham Əliyev Fransanı neokolonial siyasət yürüdən ölkələrdən biri olmaqda ittiham edib. Əliyev Fransada, o cümlədən mediada irqçi və diskriminasiya xarakterli diskursların geniş vüsət aldığını diqqətə çatdırıb”.

Bunlarla yanaşı, “Beyaz Gazete”, “aksam.com.tr”, “haber16.com” kimi nüfuzlu media qurumları da Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısındakı çıxışına geniş yer veriblər.

Qeyd edək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilir. İclas sabah da davam etdiriləcək.

Tədbirdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR