6-07-2023, 02:02 581

Səfir: “Ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarından daha üstün xüsusi hüquqları yoxdur

“Ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarından daha üstün xüsusi hüquqları yoxdur".

"AVESTA.AZ" xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqada keçirilən "Cənubi Qafqaz və Avropa İttifaqı - çağırışların öhdəsindən gəlmək, imkanlardan istifadə" mövzusunda beynəlxalq konfransda çıxışında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın çıxışına münasibət bildirərkən deyib.

O, Gürcüstan, Ermənistan, Azərbaycan ekspertlərinin, Aİ-nin, Niderlandın Xarici İşlər Nazirliyinin və Haaqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarına münaqişədən sonra Ermənistanla sülh prosesi və Aİ ilə münasibətlərdə Azərbaycanın mövqeyi barədə məlumat verib.

"Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsinin Aİ-nin regional prioritetləri siyahısında sonuncu yeri tutması təəccüb doğurur. Azərbaycan üçün bu, ən yüksək prioritetdir", - səfir bildirib.

Azərbaycanlı diplomat, həmçinin Aİ və Niderland Xarici İşlər Nazirliyinin nümayəndələrinin “Bakı ilə Xankəndi arasında dialoqu aktivləşdirmək” çağırışlarını tənqid edib. O, Xankəndinin heç bir respublikanın və ya muxtariyyətin paytaxtı olmadığını, hətta onun ərazisində yerləşdiyi Xocalı rayonunun da mərkəzi olmadığını qeyd edib:

"Rayonun inzibati mərkəzi Xocalı şəhəridir. Bakı ilə Xocalı arasında münasibətlər Bakı ilə Şuşa, Ağdam, Gəncə, Xaçmaz və Azərbaycanın rayonlarının digər inzibati mərkəzləri arasında olan münasibətlər kimi qurulacaq. Təbii ki, Qarabağın erməni əhalisinin nümayəndələri ilə təmaslar olacaq, lakin Azərbaycan qanunvericiliyinə qeyd-şərtsiz riayət etməklə".

R.Mustafayev “Qarabağda etnik təmizləmə təhlükəsi” və “Qarabağ ermənilərinin təhlükəsizlik hüququ” kimi qondarma tezisləri kəskin tənqid edib. Səfir qeyd edib ki, həqiqətən də regionda etnik təmizləmə baş verib, lakin bu, 1988-1990-cı illərdə işğalçı Ermənistan silahlı qüvvələrinin bütün qeyri-erməni əhalisini bölgədən qovduğu zaman baş verib.

Səfir xatırladıb ki, Sovet Azərbaycanı dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti çoxmillətli region olub, burada 46 etnik qrupun nümayəndələri yaşayıb: "Onların hamısı Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağdakı yaşayış yerlərindən qovulub. Region dağılmış şəhərləri, çirklənmiş çayları, meşələri, qırılmış əraziləri və minalanmış tarlaları olan monoetnik hərbi bazaya çevrilib. Azərbaycan bu regionu bərpa etmək və onun çoxmillətli xarakterini canlandırmaq niyyətindədir.

O, “Ermənilərin təhlükəsizlik hüququ” ilə bağlı tezisə toxunaraq vurğulayıb ki, ermənilərin Qarabağda Azərbaycanın digər vətəndaşlarının hüquqlarından daha üstün olan hər hansı xüsusi hüquqları yoxdur:

"Bu aldanış erməni ideologiyasının və siyasətinin əsas problemi, eləcə də sülh prosesində əsas maneədir. Hüquq və təminat problemi müstəsna olaraq, “bütün vətəndaşların qanun qarşısında bərabərliyi” düsturu əsasında həll olunacaq".

Paylaş

Xəbər lenti

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Dünən, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Dünən, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Dünən, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Dünən, 17:48 Ucarda sərnişin avtobusu yandı Dünən, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Dünən, 17:48 "Barselona" Dani Olmonu satmaqdan imtina edib Dünən, 17:48 Məktəbli qızların geyimi: Valideynin inancı, uşağın seçimi, yoxsa dövlətin qaydaları? Dünən, 17:48 "Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi Dünən, 17:48 Məktəbin qarşısında dini radikal şüarlar səsləndirildi - Uşaqları alət etdilər Dünən, 16:48 Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR