19-07-2023, 11:33 593

Bakıda keçiriləcək “ADEX” sərgisində nümayiş etdiriləcək silah və texnikalar açıqlanıb

2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə ("ADEX") ev sahibliyi edəcək.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. "ADEX" sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, "ADEX" sərgisi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə "Caspian Event Organisers" şirkətidir.

Tədbiri müxtəlif ölkələrin yüksək rütbəli şəxsləri ziyarət edir. Ənənəvi olaraq, Azərbaycanın Prezidenti İlham Əliyev "ADEX" və "Securex Caspian" sərgiləri ilə tanış olur. 2022-ci ildə təşkil edilmiş sərgilərin açılış mərasimində isə ölkə başçısı ilə yanaşı, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrə aid xərclər dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində isə bu istiqamətdə olan xərclər üçün 5,3 milyard vəsait təsdiq olunub. Bu da ötən illə müqayisədə 200 milyon manat, 2021-ci illə müqayisədə isə 17,1 faiz çoxdur.

"ADEX" sərgisi Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola biləcəklər.

Bu sərgi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Bununla yanaşı, "ADEX" sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır.

"ADEX 2022" sərgisini dünyanın 33 ölkəsini təmsil edən 33 hərbi nümayəndə heyəti, o cümlədən 150 rəsmi nümayəndə ziyarət edib. Sərgidə 208 şirkət və 10 milli qrup təmsil olunub, eləcə də 8967 peşəkar ziyarətçi iştirak edib. Sərgini ziyarət edən yüksək rütbəli qonaqlar arasında Türkiyənin Baş Qərargah rəisi, Bosniya və Herseqovinanın müdafiə naziri, Belarusun müdafiə naziri, Qazaxıstanın müdafiə nazirinin müavini, Ruandanın müdafiə naziri və digər rəsmilər yer alıb.

Növbəti il baş tutacaq "ADEX 2024" sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri, logistika xidmətləri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sektorların təmsil olunması planlaşdırırlır.

"ADEX" ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi də keçiriləcək.

"Securex Caspian" sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən dəstəklənir.

Sərgi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edən bir platformadır.

"Securex Caspian" sərgisində ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələrin təqdim olunması planlaşdırır.

Paylaş

Xəbər lenti

Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Bu gün, 10:48 Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib Bu gün, 10:48 İlon Mask uçan avtomobilini təqdim etdi Bu gün, 10:48 Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR Bu gün, 10:48 Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 10:48 İlk hərbi nazirimiz Səməd bəy Mehmandarovun doğum günüdür Bu gün, 10:48 Azərbaycan investisiya xərclərini 2 dəfə artırır Bu gün, 10:48 Hesablama Palatasının strukturu dəyişir Bu gün, 10:48 Dörd rayonda yeni məktəblər tikiləcək - 20,7 milyonluq LAYİHƏ Bu gün, 10:48 Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Dünən, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Dünən, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Dünən, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Dünən, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Dünən, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Dünən, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Dünən, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Dünən, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Dünən, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR