
İraq hökuməti İsveçin Bağdaddakı səfirinə Stokholmda planlaşdırılan Quranın yandırılma tədbirinə etiraz olaraq ölkəni tərk etməyi əmr edib.
Bu barədə “AVESTA.AZ” “BBC”yə istinadən xəbər verir.
Hökumətin bəyanatında deyilib ki, Bağdad İsveçdəki müvəqqəti işlər vəkilini də geri çağırıb və İsveçin “Ericsson” şirkətinə ölkədə fəaliyyət göstərmək üçün verilən icazəni ləğv edib.
Qeyd edək ki, İraqda etirazçılar Quranın təhqir edilməsinə cavab olaraq İsveçin Bağdaddakı səfirliyini yandırıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.